Mar 26 2019 14:51
Views: 589

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Qadınları cəmiyyəti  paytaxt Vaşinqton ətrafında yaşayan  Azərbaycanlı uşaqlar və ailələr üçün Novruz bayramı şənliyi təşkil edib. Tədbirin təşkil edilməsində məqsəd mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayramı Azərbaycandan uzaqda yaşayan uşaqlara və yeniyetmələrə aşılamaqdır.
Tədbirdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Vətəndən minlərlə kilometr uzaqda yaşayan, hətta bir çoxu Azərbaycan dilində danışmağı bacarmayan balacalar milli geyimlərlə Azərbaycan rəqslərini ifa ediblər. Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub.
Şənlikdə Vaşinqton və ətraf ərazilərdə yaşayan soydaşlarımız və yerli ictimaiyyət nümayəndələri də daxil olmaqla 170-dən çox insan iştirak edib. Vaşinqton ətrafında fəaliyyət göstərən Azərbaycan məktəblərinin rəqs ansamblının uşaq yaradıcı kollektivinin hazırladığı konsert proqramı  xüsusi rəğbətlə qarşılanıb, uşaq rəqs ansamblının  çıxışları böyük maraqla izlənilib.

 


Create Account



Log In Your Account