May 01 2018 17:17
Views: 662

Amerika Birləşmiş Ştatlarının “Kennedy Administration” caz qrupu Bakıda konsert proqramı ilə çıxış edib. Amerikalı musiqiçilər Beynəlxalq Caz Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində təşkil olunan qala konsertdə səhnəyə çıxıblar.
Nyu-Yorkdan olan caz qrupu ilk dəfə ötən ilin sentyabrında Caz-festival çərçivəsində Bakıda olub. Burdakı auditoriyanın fərqli musiqiyə böyük marağı onları yenidən paytaxtımıza gətirib.
Qala-kosertdə amerikalı musiqiçilərlə yanaşı Azərbaycanın gənc caz ifaçıları da çıxış ediblər.
Qeyd edək ki, UNESCO 2011-ci ildən 30 aprel tarixini Beynəlxalq Caz Günü kimi təsis edib və həmin ildən etibarən bu gün münasibətilə keçirilən tədbirə bir sıra şəhərlər ev sahibliyi edib. Ölkəmizdə də bu gün müxtəlif tədbirlərlə qeyd olunur. Azərbaycanda cazın böyük tarixi var. Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda görkəmli musiqiçilər Niyazi və Tofiq Quliyevin birgə yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulub. Sonrakı illərdə Azərbaycan cazı dünyada Vaqif Mustafazadənin adı ilə daha çox tanınıb və məşhurlaşıb.


Create Account



Log In Your Account