Jul 24 2019 16:51
Views: 250

ABŞ Konqresinin Helsinki Komissiyası Avropanın enerji təhlükəsizliyi ilə baglı xüsusi brifing keçirib. Nümayəndələr palatasının Təbii sərvətlər və enerji komitəsində baş tutan brifinqdə Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti, Atlantik Şuranın eksperti David Koranyi, Dövlət Departamentinin Enerji diplomatiyası üzrə direktoru Kolin Kleri və Beynəlxalq Strateji Arasdırmalar Mərkəzinin eksperti Ed Çou məruzə ilə ediblər. Tədbirin moderatoru Helsinki Komissiyasının nümayəndəsi Denika Starks bildirib ki, brifinqin məqsədi Avropanın enerji təhlükəsizliyi ilə bağlı müzakirələrə töhfə verməkdir.

Brifinqdə Avropada həyata keçirilən elerji layihələri, geosiyasi təzyiqlər, ABŞ hökumətinin mümkün addımları barədə müzakirələr aparılıb. Əsas müzakirə mövzularından biri Cənub Qaz dəhlizi olub.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti layihənin Cənub Qaz Dəhlizinin miqyasından və Avropanın enerji təhlükəsizliyi üçün yaratdığı imkanlardan bəhs edib. Bildirib ki, Cənub Qaz Dəhlizi Avropa üçün etibarlı və dayanıqlı yeni enerji mənbəyi olacaq və artıq 2020-ci ildə Azərbaycan qazı TANAP və TAP boru xətləri vasitəsilə Avropaya nəql olunmağa başlayacaq. O, eyni zamanda qeyd edib ki bu layihə həm kommersiya baximindan rentabellidir, həm də strateji baxımdan əhəmiyyətlidir.

Brifinq konqres üzvlərinin və media nümayəndələrinin sualları ilə davam edib. Bu cür brifinqlər ABŞ konqresinin önəmli qərarlar vermədən öncə apardığı geniş müzakirələrin tərkib hissəsidir.  


Create Account



Log In Your Account