Mar 08 2019 15:16
Views: 755

ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger Bakıya gəlib. Səfir Litzenberger Bakı Beynəlxalq Hava limanında jurnalistlərə bildirib ki, həyat yoldaşı Merian xanımla birgə Bakıya gəlməkdən çox məmnundur.
“Mən ABŞ səfiri kimi səlahiyyətlətimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyirəm,” Li Litzenberger qeyd edib.
Li Litzenberger diplomat kimi fəaliyyət göstərdiyi 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda və Serbiyada çalışıb.
ABŞ Senatı yanvarın 2-də Li Litzenbergeri Azərbaycanda yeni səfir kimi təsdiq edib. Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfir Azərbaycana gəlib. Litzenbergerin Dövlət Departamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.


Create Account



Log In Your Account