May 17 2019 19:04
Views: 657

“Bu günədək ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar investisiya yatırıb”. Bunu maliyyə naziri Samir Şərifov Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında deyib. Bildirib ki, öz növbəsində Azərbaycan ABŞ iqtisadiyyatına 8,2 milyard dollardan çox investisiya yatırıb. Nazirin sözlərinə görə, gələcək əməkdaşlığın əsas istiqamətləri ticarət imkanlarının araşdırılması, təhlili və ölkələr arasında ticarət dövriyyəsinin artırılmasından ibarətdir.

Nazir bildirib ki, ABŞ tərəfi Azərbaycana turizm, nəqliyyat, logistika, tranzit imkanlarından daha geniş istifadə edilməsini də təklif edib.

İclasda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, investisiya imkanları, müxtəlif sahələr üzrə əməkdaşlığa dair məsələlər müzakirə olunub.

İclasda ölkələr arasında gələcək layihələrlə bağlı da müzakairələr aparılıb. Qeyd edilib ki, bu görüş əqli mülkiyyət hüquqları, əmək, iqtisadi, ticari məsələlərinə öz töhfəsini verəcək.

ABŞ-ın enerji məsələləri üzrə Dövlət Katibliyinin nümayəndələri və dövlət katibinin müavini gələn həftə Azərbaycana səfər edəcəklər. Səfər zamanı enerji sahəsində əməkdaşlığın inkişafına dair danışıqlar aparılacaq.


Create Account



Log In Your Account