Jun 08 2019 15:16
Views: 316

Son ayda ABŞ və İran arasında əlaqələr əhəmiyyətli dərəcədə gərginləşib. Amerika hakimiyyəti İran iqtisadiyyatının aparıcı sahələrinə qarşı sanksiyalar tətbiq edib və təzyiqi gücləndirməyə davam edir.

Ötən il ABŞ birtərəfli qaydada İranın nüvə proqramına dair müqavilədən çıxıb. Vaşinqton həmçinin Tehrana qarşı iqtisadi sanksiyaları bərpa edib. İran buna cavab olaraq uranın və ağır suyun  zənginləşdirilməsi ilə əlaqədar üzərinə qoyulan məhdudiyyətlərdən imtina edib və icranı dayandırıb.  Regionda vəziyyət ABŞ-ın İran sahillərinə “Avraam Linkoln” təyyarə və hücum gəmisi göndərmək barədə qərarından sonra gərginləşib. Bununla belə Tehranda amerikalı hərbiçiləri güc metodlarından çəkinməyə çağırıblar. Daha əvvəl iran hakimiyyəti Fars körfəzi ölkələrinə hücum etməmək barədə müqailə imzalamağı təklif edib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, sənəd regionda vəziyyəti yaxşıya doğru dəyişməyə imkan verecək. İran xarici işlər nazirliyinin sözçüsü Seyid Abbas Musəvi isə bəyan edib ki, ABŞ-ın təzyiq siyasəti uğursuz siyasətdir.Bu uğursuz siyasəti ABŞ-ın əvvəlki prezidentləri  sınaqdan çıxarıb. Bu, yanlış yoldur və ABŞ dövləti əmin ola bilər ki,  bu siyasətlə heç bir  məqsədinə çatmayacaq.


Create Account



Log In Your Account