Jan 13 2021 18:32
Views: 165

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri gördü. Məscidlərə, Azərbaycanın tarixi, mədəni irsinə qarşı vandallıq aktlarının şahidi oldu. Onlar bu cinayətləri öz hesabatlarında əks etdirəcəklər”. Bunu mədəniyyət naziri Anar Kərimov deyib. Bildirib ki, erməni vəhşiliyi haqqında bütün dünyaya məlumatlar çatdırılacaq və bu bizim üçün çox önəmlidir. O, digər beynəlxalq təşkilatları da işğaldan azad olunmuş torpaqlarımıza dəvət etdiklərini vurğulayıb. Nazir işğaldan azad olunmuş ərazilərdəki mədəni-dini və tarixi abidələrin qorunması istiqamətində görüləcək işlər barədə də məlumat verib. Bildirib ki, Qarabağda tarixi abidələrin konservasiyası və bərpası üçün yol xəritəsi hazırlanacaq. Anar Kərimov Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil ediləcək tədbirlərlə bağlı planın hazırlandığını da bildirib. Onun sözlərinə görə, bu il Şuşada “Xarı bülbül” festivalı və Molla Pənah Vaqif poeziya günlərinin keçirilməsi nəzərdə tutulub.


Create Account



Log In Your Account