Nov 15 2019 17:45
Views: 51

KÜVEYT ƏMİRİNİN MÜŞAVİRİ AZƏRBAYCANDA “FƏXRİ DOKTOR” OLDU

Dünya miqyaslı ictimai xadim, BMT-nin baş katibinin xüsusi nümayəndəsi Abdullah Mətuq Əl-Mətuq bütün platformalarda Azəbaycanın hüquqlarının müdafiəçisi kimi çıxış edir. Küveyt əmirinin humanitar məsələləri üzrə müşaviri olan əl-Mətuqun həm də ölkəsi ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində xidmətləri olub. Bu önəmli xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Abdullah Mətuq Əl-Mətuqu “Fəxri doktor” adına layiq görüb. Fəxri doktor diplomu bu gün institutun elmi şurasının iclasında ictimai xadimə təqdim olunub. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Abdullah Mətuq Əl-Mətuq Azərbaycanın dostudur. həm də İslam dünyasının problemlərinin müdafiəsində duran insandır. İslam Xeyriyyə Cəmiyyətinin sədri kimi İslam ölkələrində mövcud qlobal humanitar problemlərin həlli naminə çalışır.

“Fəxri doktor” adına layiq görülən müşavir bundan sonra da insanların hüquqlarının qorunması istiqamətində fəaliyyətini  davam etdirəcəyini bildirdi.


Create Account



Log In Your Account