Sep 04 2019 15:48
Views: 539

ADA Universiteti nəzdində fəaliyyət göstərən yeni məktəbdə dərslərə artıq start verilib. Təhsil müəssisəsində ümumilikdə 250 şagird təhsil alır, onlardan 40-ı 11-ci, digərləri isə 10-cu sinif şagirdləridir. Universitet şəhərciyində yeni binaların, o cümlədən sözügedən məktəbin inşasına bir neçə il əvvəl start verilib. Bu gün yeni binalar ilk tələbələri və məktəbliləri qarşılayır.

Şagirdlərə adi məktəb proqramı ilə yanaşı, məktəbdənkənar fəaliyyətlə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Həmçinin məktəbdə şagirdlərin şəxsi keyfiyyətlərinin inkişaf etditilməsinə də böyük diqqət yetirilir.

ADA Universitetində çox sayda xarici tələbənin təhsil almasına və beynəlxalq təhsil sisteminə çox diqqət yetirilməsinə baxmayaraq, yeni məktəb təhsilə tamamilə yeni - milli aspektdən yanaşır.

Məktəbin kampında müasir kitabxana, müxtəlif kafe və yeməkxanalar şagirdlərə təqdim olunub. Həmçinin kampın ətrafında yeni park salınıb ki, burada tələbələr və məktəblilər sakit şəraitdə dərslərini hazırlaya, rahat istirahət edə və idmanla məşğul ola bilərlər.


Create Account



Log In Your Account