Sep 07 2019 18:08
Views: 216

Ağdaş rayonunun Yenicə kəndinə mavi yanacağın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, rayon rəhbərliyi və sakinlər iştirak ediblər. 

SOCAR prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Dövlət başçsının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə minnətdarlıqlarını ifadə ediblər.
 
Proqram çərçivəsində bu ilin sonuna qədər daha bir neçə yaşayış məntəqəsinə mavi yanacaq veriləcək. Eyni zamanda, yeni salınan kənd və qəsəbələrin qazlaşdırılması da qarşıda duran məsələlər sırasındadır.
 
Qeyd edək ki, Ağdaş rayonunun Yenicə kəndində 328 evə mavi yanacaq verilib. Bütün evlərə sayğaclar quraşdırılıb.


Create Account



Log In Your Account