Apr 30 2019 18:19
Views: 396

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir. Dəhşətli günün şahidi, eyni zamanda zərərçəkmiş Zemfira Hüseynli deyir ki, 30 aprel gününü ömürlük yadda saxlayacağını elə bil öncədən hiss edirdi. O, içində qəribə bir narahatlığın olduğunu və həmin gün işə gətmək istəmədiyini bildirib.

Zemfira Hüseynli qolundan güllə yarası alıb. Daha sonra huşunu itirib. Özünə gələndə isə yenidən atəş səsləri eşidib, ətrafında terror qurbanlarının cəsədləri və yaralıların olduğunu görüb. Tələbə və müəllimlərin köməyi ilə Zemfira Hüseynli və yaralılar xəstaxanaya çatdırılıb.

Bu gün bütün Azərbyacan xalqı 30 aprel 2009-cu il tarixini ürək ağrısı ilə yad edir. Təhsil naziri Ceyhun Bayramov da terror aktı nəticəsində həlak olmuş tələbə və müəllimlərin xatirəsini yad edib. Nazir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub, universitetin müəllim heyəti və tələbərlə görüşüb.

Xatırladaq ki, kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib. Cinayətkarla əlaqəli olan şəxslər də cinayət məsuliyyətinə cəlb olunub.

 


Create Account



Log In Your Account