Jul 07 2020 18:20
Views: 307

İyirmi yeddi il əvvəl – 1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, Ağdərə rayonu və onun kəndlərini işğal ediblər. Ağdərə həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. İşğala qədər Ağdərənin 14 kəndində və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayırdı. işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburi köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Hazırda işğal altında olan keçmiş Ağdərə rayonunun 8 kəndi Ağdam, 23 kəndi Kəlbəcər, Ağdərə şəhəri və 13 kəndi isə Tərtər rayonunun inzibati tərkibindədir. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi işğal altındadır. 1828-ci ildə Azərbaycanın bölüşdürülməsi haqqında Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən dərhal sonra ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi başlayıb. Ermənilər bu köçün yubleyi münasibətilə Ağdərədə abidə də ucaldıblar 

Hazırda Ermənistan işğal etdiyi Ağdərə rayonunun sərvətlərinin talan edilməsi üçün beynəlxalq hüquqa zidd əməllər həyata keçirir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının qətnaməsində də əksini tapıb.

Amma Azərbaycan işğalla barışmaq fikrində deyil. Azərbaycan Ordusunun dörd il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları nəticəsində Ağdərə rayonunun da bir hissəsi azad edilib. Bu, Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarını azad etmək iqtidarında olduğunu bir daha nümayiş etdirib.


Create Account



Log In Your Account