Dec 20 2017 18:34
Views: 1330

Azərbaycanın futbol üzrə  milli komandaları üçün yeni baza yaradılıb. Bazada  futbolçuların yaşaması və məşq etməsi üçün bütün lazımı şərait yaradılıb. Bunu AFFA-nın  prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasında deyib. Bildirib ki, baza boş qaldığı müddətdə Səbail klubunun istifadəsinə veriləcək.
İcraiyyə Komitəsinin iclasında yığma komandalara baş məşqçilər də təyin edilb.  İclasda çıxış edən futbol üzrə milli komandanın baş məşqcisi Qurban Qurbanov Azərbaycan futbolunda milliləşmə məsələsinə toxunub. O, gələcək illərdə daha çox yerli oyunçulara üstünlük vermək istədiyini bildirib. Qurban Qurbanov  azərbaycanlı futbolçuların səviyyəsini yüksəltmək istədiyini deyib.
Baş məşqçi ilk yoxlama görüşünün Gürcüstanla razılaşdırıldığını deyib. Onun sözlərinə görə, mart və may ayına da toplanış planlaşdırılıb. Qurban Qurbanov bildirib ki, millinin oyunlarının sayını artırmaq nəzərdə tutulur.


Create Account



Log In Your Account