Jan 28 2020 19:43
Views: 185

Rövnəq Abdullayev dördüncü dəfə AFFA prezidenti seçilib. Səsvermə AFFA-nın növbəti konfransı çərçivəsində baş tutub. Rövnəq Abdullayev bu vəzifəyə yekdilliklə layiq görülüb. AFFA prezidenti futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasında çıxışını da dəyərləndirib. AFFA-nın baş katibi Elxan Məmmədov isə yeni vəzifəyə təyin olunub. O bundan sonra icraçı vitse-prezident səlahiyyətlərini də yerinə yetirəcək. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə qurumun vitse-prezidenti təyin olunub. Vaqif Sadıqovla yanaşı, Rauf Əliyev və Elşad Nəsirov da vitse-prezident seçiliblər. Elxan Məmmədov hər bir üzvün ayrı-ayrı sahəyə cavabdeh olacağını deyib. O, yeni "Futbol hər yerdə" layihəsi çərçivəsində bölgələrdə 50-dək yeni mini-futbol meydançalarının qurulacağını bildirib. Iclasda futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərin sayı açıqlanıb. Məlum olub ki qurumun bu vəzifəyə layiq gördüyü 32 namizəd var, lakin onların heç biri ilə danışıqlar aparılmayıb. AFFA ötən il üçün gəlirləri və xərcləri açıqlayıb. Qurumun 2019-cu ildə gəliri 29.9 milyon manatdan artıq , xərcləri isə 23.4 milyon manat olub. Tədbirdə həmçinin 23 yaşadək futbolçulardan ibarət milli komandanın yaradılması təklif edilib.


Create Account



Log In Your Account