Jan 10 2020 19:20
Views: 155

Azərbaycanın əsas neft hasilatı mənbəyi olan Azəri-Çıraq-Günəşli yataqlar blokundan neft hasilatı 500 milyon tonu ötüb. Bu barədə layihənin operatoru olan BP şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, bu əlamətdar hadisə dekabrın 26-da baş verib. Həmin gün 500 milyonuncu ton neft hasil edilib. 1997-ci ildən etibarən AÇG yatağından hasil edilmiş yarım milyard ton neft Bakı-Tbilisi-Ceyhan boru kəməri və Qərbi İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib. BP-nin Azərbaycan Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Couns yataqdan yarım milyardıncı ton neftin hasil edilməsini “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə böyük töhfə adlandırıb.


Create Account



Log In Your Account