Oct 08 2019 19:35
Views: 144

Azərbaycanda kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi prioritet istiqamətlərdən biridir və hökumət bunu təşviq etmək üçün müxtəlif tədbirlər görür. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “AgroX” innovasiya layihəsinin qaliblərinin elan olunması mərasimində deyib. Onun sözlərinə görə, bu kimi layihələrin əsas məqsədi də aqrar sektorda startaplara dəstək verməkdir. Maydan start götürmüş “AgroX” innovasiya proqramı üzrə müsabiqəyə 52 layihə təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən 12 layihə texniki-iqtisadi baxımdan məqbul sayılaraq növbəti mərhələyə buraxılıb. Münsiflər heyəti “Startap Azərbaycan”, “İNNOLAND” Akselerasiya Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarından təşkil olunub. Sonda üç qalib müəyyənləşib.


Create Account



Log In Your Account