Jan 08 2019 18:23
Views: 315

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb.Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığı və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyü elan olunan vaxtdan 12 il sonra əldə edilib.2006-cı ildən bəri “Şahdəniz” yatağından ümumilikdə həmçinin 196 mln. bareldən artıq kondensat hasil edilib.

Qeyd edək ki, yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində ilk hasilat 2006-cı il dekabrın 15-də  olub. O vaxtdan bəri qaz həcmləri Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır. 2018-ci il 30 iyun tarixində isə “Şahdəniz 2” çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanıb və iyulun sonunda “Şahdəniz” Bravo platformasından ilk qaz əldə edilib. İndi “Şahdəniz” yatağından hasilat “Alfa” platformasında təqribən 10, “Bravo” platformasında isə 6 quyudan əldə edilir.

 “Şahdəniz” bu günədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kilometr ərazini əhatə edir. Yataq 1999-cu ildə aşkar edilib. Bütün “Şahdəniz” yatağında hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trln. kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 mlrd. barel təşkil edir.


Create Account



Log In Your Account