Oct 23 2019 18:54
Views: 307

ADA Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” - “AICT 2019” mövzusunda 13-cü Beynəlxalq Konfrans işə başlayıb. Bu ilki tədbir görkəmli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunub. 
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev konfransın İKT-nin beynəlxalq tətbiqi sahəsinə əhəmiyyətli töhfə verəcəyini deyib. Bildirib ki, tədbirdə dünyanın 20-dən çox ölkəsinin alim və mütəxəssisləri iştirak edir. Əsas məqsəd İKT-nin təhsil, elm, rabitə və digər sahələrə tətbiqi ilə bağlı ən son yenilikləri bölüşmək, müzakirələr aparmaqdır.
ABŞ, Kanada, İsrail və bir sıra Avropa ölkələrinin elm adamları İKT sahəsinə aid ən son texnologiyaları təqdim edirlər. Konfrans çərçivəsində ölkələr arasında fikir və təcrübə mübadiləsi aparılacaq.
3 gün davam edəcək konfrans çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər də təşkil olunacaq.

 


Create Account



Log In Your Account