Mar 02 2019 15:38
Views: 537

Son illər Azərbaycanda cərrahiyyə sahəsində bir sıra uğurlara imza atılıb. Artıq radiologiya müayinələri ilə insan orqanizmində olan patologiyalar aşkarlanır və bədən boşluqlarına böyük kəsiklər açılmadan və ümumi anesteziya verilmədən “iynə dəliyindən” üsulü ilə əməliyyatlar icra olunur. 

Endovaskulyar cərrah bildirib ki, orqan sistemində ən önəmli inkişaf isə beyin damarlarında əldə olunub. Bura bədənin əsas magistral arteriyasındaki problemlər daxildir. Artıq mini-invaziv radiologiya üsulu ilə damarlarda olan qanaxmaları və trombları xaric etmək mümkündür.

Ölkədə düz bağırsaq törəmələrində Transanal cərrahiyyədə də bir sıra uğurla əldə olunub.  TransAnal Minimal İnvaziv cərrahiyyə üsulu özəl endoskopik alətlərin istifadəsi ilə düz bağırsaq kütlələri və böyük ölçülü poliplərin transanal yolla əməliyyat olunmasına imkan verir. 

Azərbyacanda son illər ərzində neyrocərrahiyyədə innovativ texnologiyaların tətbiqi sayəsində bir sıra uğurlar əldə olunub. Aktual problemlərdən biri də osteoxondroz və onurğa yırtıqlarıdır. Bu gün ölkədə fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsi kəsik aparmadan, punksiya etməklə minimal invaziv əməliyyatlar aparmağa imkan verən endoskopik texnikanın yardımı ilə həyata keçirilir.


Create Account



Log In Your Account