Aug 04 2018 14:14
Views: 383

 

İyulun 22-29-da İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşadək oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində yığmamız uğur qazanıb. Komanda üzvləri 22 medal qazanıblar.  15 yaşa qədər olan ağır atletlərimiz komanda hesabında turnirin qalibi olub.  Gənc idmançılar bu uğuru başlanğıc hesab edirlər. Onlar daha böyük nailiyyət qazanmaq üçün səy göstərəcəklərini bildiriblər.

Millimizin üzvü, Avropa çempionu Ömər Cavadov çempionatda rəqiblərinin güclü olmalarına baxmayaraq, son ana qədər yüksək əzmkarlıqla mübarizə apararaq uğur qazandıqlarını bildirib. O, göstərilən diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə federasiya rəhbərliyinə və məşqçilərə minnətdarlığını bildirib.

Ağır atletika üzrə Avropa birinciliyində yığmamızın üzvləri 22 medal qazanıblar. Çempionatda 15 yaşlı idmançılardan ibarət millimiz isə Bolqarıstan və Türkiyə yığmalarını geridə qoyaraq, komanda hesabında Avropa birinciliyinin qalibi olub. 


Create Account



Log In Your Account