Apr 30 2019 18:22
Views: 354

Prezident Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin əsərləri bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edilib. Bu fikir Azərbaycan Dillər Universitetində akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsində səsləndirilib. Universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, Ramiz Mehdiyevin on illərlə apardığı tədqiqatlarının çox məntiqli davamı olan bu kitab elmimiz, cəmiyyətimiz üçün çox aktual olan bir mövzuya həsr edilib.

Qeyd olunub ki, Azərbaycan oxucusuna ana dilimizdə ilk dəfə təqdim edilən sənədlər arasında Ağa Məhəmməd Şah Qacarın Azərbaycan xanlarına ünvanladıqları məktublar, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları xüsusilə böyük tarixi əhəmiyyətə malikdir. Digər tərəfdən, bu əsər Azərbaycan tarxinin görkəmli şəxsiyyətlərindən olan Ağa Məhəmməd Şah  Qacarın tarixdəki yerinin düzgün qiymətləndirilməsi probleminin həllinə də kömək olacaq.

Ekspertlər bildirirlər ki, topluda əksini tapmış materiallar xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcək. Təqdim olunan sənədlər müvafiq şərh və izahlarla müşayiət edilib. 232 səhifədən ibarət kitab tarixçi mütəxəssislər, tələbələr, magistrlər və ümumiyyətlə Azərbaycan tarixi ilə maraqlanan şəxslər üçün faydalıdır.


Create Account



Log In Your Account