Dec 17 2018 18:41
Views: 366

Cəlal Əliyev Azərbaycanın elm tarixində ilk dəfə yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesini əsaslı şəkildə öyrənib, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə görkəmli alim Cəlal Əliyevin 90 illik yubileyinə həsr olumuş beynəlxalq konfransda deyib. Biologiya elmləri doktoru, professorun zəngin elmi fəaliyyətindən, keçdiyi ömür yolundan danışan akademiya prezidenti onun ölkədə bioloji müxtəlifliyin mühafizəsi və istifadəsi strategiyasının hazırlanmasında rolunu qeyd edib. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Cəlal Əliyev öz fundamental araşdırmaları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verib.

Tədbirdə qeyd olunub ki, akademik elmi araşdırmaları ilə aqrar sahənin inkişafına töhfə verib. Onun elmi fəaliyyəti ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib.

Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələrdən bəhs edib. Sonda Cəmiyyətin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafatın təqdimatı olub.

 


Create Account



Log In Your Account