Apr 25 2018 18:32
Views: 490

Ermənistanda etiraz aksiyalarının yeni dalğası başlayıb. Müxalifətçilər paytaxt Yerevanın “Respublika” meydanına toplaşıblar. Ermənistanın tanınmış idmançıları da aksiyaya qoşulublar. Onların arasında olimpiya, dünya çempionlarının olduğu bildirilir. Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan da bu gün istefa verib və müxalifəti dəstəkləyib. Aksiyalara rəhbərlik edən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hakimiyyətin dəyişməsi tələbini irəli sürüb. Baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan isə növbədənkənar seçkilərə qədər ölkədəki bütün siyasi partiyaları danışıqlara dəvət edib. Ekspertlərin fikrincə, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Dağlıq Qarabağ kartı ilə xalqı girov saxlamaq artiq mümkün olmayacaq.
Politoloq Sahil İsgəndərov deyir ki, tək Sarkisyan yox, ümumiyyətlə, Ermənistanda indiyədək Dağlıq Qarabağ kartını, böyük Ermənistan kartını oynadıb, əlində şüar kimi hakimiyyətə gələnlərin hamısının aqibəti belə olacaq.  
“Hərbi xunta Dağlıq Qarabağ kartı ilə erməni xalqına zülm yaşatdı. Erməni xalqı cinayətkar xuntaya etiraz etdi. Sarkisyan təzyiqlərə dözə bilmədi”. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədə keçirilən aksiyalar nəticəsində baş nazir vəzifəsindən istefa verməsini siyasi ekspertlər belə şərh edirlər. Erməni xalqı 11 gün gecə-gündüz etirazını bildirərək 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtarıb.
Rusiyalı poliqotlar hesab edirlər ki, Ermənistanda hakimiyyətin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara müsbət təsir göstərə bilər.
Ermənistan mətbuatının yazdığına görə, etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan “Yelk” fraksiyası tərəfindən baş nazir vəzifəsinə namizəd qismində irəli sürülə bilər. Onun baş nazir seçilməsi üçün 53 səs yığması lazımdır. Xatırladaq ki, yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.


Create Account



Log In Your Account