Nov 06 2018 18:54
Views: 425

Bu gün Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Günüdür. İşğaldan əziyyət çəkən Azərbaycan da bu problemlərlə üzləşir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb. İşğal altında olan  Azərbaycan ərazilərində 261 min hektar meşə sahəsi məhv edilib. 
CBC-nin “Xəbərlər” buraxılışının qonağı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə  ilə bu mövzuda müzakirə aparmışıq.


Create Account



Log In Your Account