Sep 14 2019 20:12
Views: 253

Azərbaycanın bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris ediləcək. Azərbaycan Prezidentinin tövsiyəsi ilə Təhsil naziri bu barədə müvafiq əmr imzalayıb. Fənnin tədrisinə 2019-2020-ci tədris ilindən etibarən başlanacaq. Artıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fənni tədris edəcək müəllimlərin bilik səviyyələrini artırmaq üçün treninqlər keçirib. Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi də nəşr edilib.


Create Account



Log In Your Account