Sep 25 2018 15:23
Views: 455

Uzun illərdir ki, başqa xalqların tarixi nailiyyətlərinin, mədəniyyətinin özününküləşdirilməsi Ermənistanda dövlət siyasətinə çevrilib. Tarixin müxtəlif mərhələlərində bu cür cəhdlər olub. Erməni tarixçiləri Qafqaz və Kiçik Asiyada saxta erməni tarixi yaratmağa çalışır. Başqa xalqların tarixini özününküləşdirmək istəyən ermənilər, həm də bu ərazilərdə yaşamış türk xallqarının da izlərini silməyi qarşıya məqsəd qoyub. Ağdamda aparılan arxeoloji qazıntıların da hədəfi elə bundan ibarətdir.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam rayonunun ərazisində tapılmış bütün eksponatlAr “Tiqranakert” adlı şəhərin qalıqları kimi təqdim olunur. Halbuki Azərbaycan ərazilərində belə bir şəhərin mövcud olduğuna dair heç bir tutarlı fakt və dəlil yoxdur. Rizvan Hüseynov qeyd edir ki, ermənilər dəfələrlə bu cür cəhdlər göstərib. Tarixi saxtalaşdırmaq üçün ən müxtəlif yollara əl atırlar.
Rizvan Hüseynov deyir ki,  ermənilər məhz Azərbaycan hökmdarlarının tikdiyi qalalar, inşa etdiyi şəhərlərin ətrafında arxeoloji qazıntılar aparır. Əsas məqsədlərin “Böyük Erməənistan”ın olduğunu sübut etməkdir. Tarixçi bu təşəbbüslərin heç bir səmərə verməyəcəyini bildirir.  
Ekspert qeyd edir ki,  Erməni aexoloqlarınını bütün səylərinə baxmayaraq heç bir ciddi tarixçi bu saxta araşdırmaları əsaslə məlumat kimi qəbul etmir. Ermənistanın dövlət səviyyəsində hıyata keçirdiyi tarixi saxtalaşdırmaq cəhdləri elmi dairələrdə yalnız istehzalı təbəssüm doğurur.


Create Account



Log In Your Account