May 30 2019 17:13
Views: 295

“Biz Şuşa şəhərinin Yuxarı Gövhər ağa məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik.” Bu fikirlər  “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Şuşadakı Yuxarı Gövhər ağa məscidi ilə bağlı bəyanatında əksini tapıb. Bəyanatda deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsini həyata keçirir.

“İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə hansısa şirkətləri cəlb etməsi Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir” –deyə bəyanatda vurğulanır. Qeyd olunub ki, dünya ictimaiyyəti səssizliyini davam etdirərsə, bəşəriyyətə məxsus mədəni-tarixi irsin daha kəskin formada dağıdılması üçün destruktiv qüvvələrə şərait yaratmış olacaq.


Create Account



Log In Your Account