Jan 24 2019 18:34
Views: 457

Bu il təhsil sahəsində yeni qanun hazırlanacaq. Bu haqda Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin iclasında məlumat verib. Onun sözlərinə görə, ilin sonunda, parlament payız sessiyasında “Ali təhsil haqqında” yeni qanun layihəsinin birinci oxunuşa çıxarılması planlaşdırılır.

“Biz aprel ayında “Ali təhsil haqqında” qanun layihəsini hazırlamaq üçün işçi qrupu yaradacağıq. Bura Milli Məclis üzvləri, Təhsil Nazirliyinin nümayəndələri, təhsil üzrə ekspertlər, vətəndaş cəmiyyətinin üzvləri daxil ediləcək. Yaz sessiyası bitənə qədər qanun layihəsinin ilkin sxemi, müddəaları, tezisləri formalaşdırılacaq. Yay boyunca işçi qrupun üzlvəri öz təkliflərini hazırlasınlar. Sentyabr ayında prosesi davam etdirəcəyik. Sentyabr ayında “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantını birinci oxunuşa hazırlamaq üçün apreldən fəaliyyətə başlamalıyıq”.

 


Create Account



Log In Your Account