Apr 25 2019 19:06
Views: 317

Azərbaycanın Milli Qəhrəmanı, yahudi əsilli tankçı Albert Aqarunovun xatirəsi onun məzarı başında anılıb. Azərbaycan ictimaiyyətinin nümayəndələri və  İsraildən gələn qonaqlar, döyüş yoldaşları, dostları Şəhidlər Xiyabanında onun məzarını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan qəhrəman yaşasaydı, bu gün 50 yaşını qeyd edəcəkdi. 1992-ci il mayın 8-də erməni snayperinin gülləsi ilə həyatını itirən Albert Aqarunovu Azərbaycan xalqı bu gün də  böyük minnətdarlıq və fəxr hissi ilə xatırlayır. Həm Azərbaycan, həm də yəhudilər bu gün onun xatirəsini anır.

Albert Aqarunovun şücaəti və qəhrəmanlığı xalq yaxşı xatırlayır və dəyərləndirir. 22 yaşında cəbhəyə yollanan Albert düşünmədən erməni işğalçıları ilə döyüşə atılıb. 1992-ci ilin mayında Şuşanın müdafiəsi uğrunda son döyüşdə həlak olub.

Albertin xatirəsini ilk səbayıl tank batalyonunda vuruşmuş döyüş yoldaşları da anıb. Onlara, həmçinin Qarabağ müharibəsinin digər iştirakçılarına Albert Aqarunovun adına təsis olunmuş ordenlər təqdim olunub.

Qəhrəmanın oxuduğu məktəbə onun adı verilib. Məktəbin həyətində Aqarunovun heykəli ucaldılıb. Yaşadığı evin qarşısını isə onun berelyefi bəzəyir. Ona filmlər, poemalar, musiqilər həsr olunur.

Yəhudilər Azərbaycanda yüzilliklər boyu yaşayır. Onlara digər xalqların, millətlərin nümayəndələrinə olduğu kimi hər zaman dostyana münasibət olub. Azərbaycanlıların dəstəyini hiss etdiyi insanlar da hər zaman onların yanında həm yaxşı, həm də ağrılı günlərdə olub. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayanda onlar üçün vətənin müdafiəsinə qalxıb-qalxmamaq sualı olmayıb. Albert Aqarunov bunun ən bariz nümunəsidir. 


Create Account



Log In Your Account