Apr 30 2019 18:26
Views: 284

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Müdafiə və Mədəniyyət Nazirliklərinin nümayəndələri, İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, səfirlər, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Albert Aqarunovun döyüş yolunu əks etdirən videosüjet nümayiş etdirilib. Beynəlxalq Muğam Mərkəzinin foyesində Rəssamlar İttifaqının üzvü Ülkər Məmmədovanın Albert Aqarunova həsr etdiyi rəsm əsərlərindən və digər sənət nümunələrindən ibarət sərgi təşkil olunub.

İsrailin Azərbaycandakı səfiri Den Stav bildirb ki, yəhudilər Azərbaycanda yüz illərdir ki, yaşayır və onlara qarşı həmişə müstəsna tolerant münasibət olub. Məhz buna görə də ölkə təcavüzə məruz qalanda yəhudilər azərbaycanlılarla çiyin-çiyinə döyüşərək vətəni müdafiə ediblər. Çıxış edənlər Albert Aqarunovun keçdiyi şərəfli döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan danışıblar.


Create Account



Log In Your Account