Jan 20 2021 18:59
Views: 232

İşğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinin aparılması vacib məsələlərdəndir. 30 il ərzində ermənilərin dağıtdığı şəhərlərin, kəndlərin bərpası ilə bağlı dövlət qurumlarında araşdırmalar aparılır. Bu torpaqlarda köhnə formatda tikintilər aparılacaq, yoxsa şəhərsalma yenilikləri tətbiq olunacaq? Rayon mərkəzinə bitişik yaxın kəndlər şəhərə qatıla bilərmi? - kimi suallar müzakirə olunur. İqtisadçı ekspert, işğaldan azad olunan Füzuli rayonundan millət vəkili Vüqar Bayramov CBC-yə müsahibəsində bununla bağlı xüsusi yanaşmanın tətbiq ediləcəyini bildirib. İşğaldan azad olunan bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya hazırlanır. Millət vəkili deyir ki, konsepsiyada 4 əsas istiqamət üzrə inkişaf nəzərdə tutulub. Düşmən tapdağından qurtarılan torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı və turizm olacaq. Vüqar Bayramov deyir ki, artıq bununla bağlı qiymətləndirmə aparılır. Qeyd edir ki, bu ərazilər böyük təbii potensiala –su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fonduna malikdir. Millət vəkili qeyd edib ki, bölgələrin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları, bərpa olunan nəqliyyat dəhlizləri və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Məsələn, Kəlbəcər və Zəngilanda qızıl ehtiyatlarının olması qızıl hasilatının genişləndirilməsinə və daxili bazara yerli qızıl məhsullarının çıxarılmasına imkan yarada bilər. O cümlədən, bütün rayonların turizm üzrə ixtisaslaşacağı, daxili və gəlmə turizminin inkişafı nəzərdə tutulur.


Create Account



Log In Your Account