Sep 09 2019 17:45
Views: 140

Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olmasında vaxtilə  ölkəmizdə yaşamış yəhudilərin də rolu var. Onlardan biri İsrailin Moskvadakı keçmiş konsulu, daxili təhlükəsizlik nazirinin sabiq müşaviri Aleks Vekslerdir. O illər öncə Bakını tərk edib, amma buna baxmayaraq, ölkəmizdə gedən inkişaf proseslərini daima izləyir.
80-ci illərin sonunda Aleks Veksler İsrailin Moskvadakı konsulu vəzifəsində çalışıb. Həmin vaxt Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrə təsadüf edir. Vekslerdən bu münaqişəyə qiymət vermək xahis olunur. 30 il keçsə də o fikrindən dönmədiyini söyləyir.
İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkələr müxtəlif sahələrdə, eyni zamanda hərbi-texniki sahədə əməkdaşlığı gücləndirir. Bu əlaqələr ildən-ilə daha da güclənir.
Aleks Veksler qeyd edir ki, İsrail höküməti üçün, yəhudilərin yaşadığı ölkələrdə onlara göstərilən münasibətdən vacib heç nə yoxdur. O, Azərbaycandan Lev Landau, Mstislav Rastropoviç, Boris Vannikov və digər onlarla tanınmış şəxsiyyətlərin çıxdığını dilə gətirərək, onların hər zaman ölkəmiz haqqında böyük sevgi ilə danışdıqlarını vurğulayır. Burada böyüyən və yaşayan insanlar Azərbaycanı Vətən adlandırır. Bu isə Azərbaycan və burada hökm sürən abu-havanın ən gözəl ifadəsidir.   

 


Create Account



Log In Your Account