Jun 07 2019 19:46
Views: 301

Dünya ədəbiyyatının klassiki, müasir rus dilinin bünövrəsini qoyan Aleksandr Puşkinin anadan olmasından 220 il ötür. Görkəmli şairin anadan olduğu gün -  6 iyun Beynəlxalq Rus Dili Günü kimi qeyd olunur. 

Aleksandr Puşkinin heykəllərinə Bakıda olduğu kimi dünyanın müxtəlif yerlərində rast gəlmək olar. Amma şair oxucuların qəlbində də heykəl qurmağı bacarıb desək, yanılmarıq. Təsadüfi deyil ki, Beynəlxalq Rus Dili Günü məhz Puşkinin ad günündə qeyd olunur. Bakıda bu tarixlə bağlı hər il müxtəlif tədbirlər təşkil olunur. Bu il də dahi rus şairinin adını daşıyan meydanda məktəblilər toplaşaraq onun əsərlərindən parçalar səsləndiribər.
 
Puşkinin şerlərini bu gün təkcə şagirdlər deyil, ölkənin ən tanınmış yazıçıları, ictimai və siyasi xadimləri də səsləndirir. 20 ildir ki, bu artıq ənənəyə çevrilib.


Create Account



Log In Your Account