Dec 03 2019 15:14
Views: 449

Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib. Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan abidənin üzərinə qırmızı boya töküb. Rusiyalı ekspertlərin fikrincə, bu addım cavabsız qalmayacaq. Ermənistanın hüquq-mühafizə orqanları bu hərəkətə hər hansı reaksiya verməyib. Tanınmış rusiyalı jurnalist Maksim Şevçenko hesab edir ki, Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ətrafında baş verənlər bir daha göstərir ki, Rusiyada Qaregin Njde kimi cinayətkarlara yer yoxdur. Rusiyalı ekspertlər hesab edirlər ki, faşiszmin qəhrəmanlaşdırılmasına göz yummaq olmaz. Bu cür təşəbbüslərə adekvat reaksiya verilməlidir. Ötən ay Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində yerli deputat Aleksey Vinoqradov faşist Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsini qara boyayıb. Daha sonra yerli sakinlər lövhənin sökülməsi məsələsini qaldırıblar. Noyabrın 30-da lövhənin söküldüyü məlum olub. Ermənistan Xarici İşlər nazirliyi isə xatirə lövhəsinin erməni kilsəsi ərazisində yerləşdiyini əsas gətirərək onun sökülməsinin yolverilməz olduğunu iddia edib.


Create Account



Log In Your Account