Apr 30 2019 14:01
Views: 384

30 il sonra yenidən Bakıda. Rusiya xalq atisti Aleksandr Serovu 90-cı illərin xitə çevrilmiş sevgi haqqında mahnıları ilə tanınır. Bu mahnıları indi də musiqisevərər böyük həvəslə dinləyirlər.

Aleksandr Serov solo konsertdə məşhur mahnıları ilə yanaşı musiqisevərlərin bəyəndiyi bəstələrini və yeni əsərlərini də təqdim edib. Konsert proqramında Müslüm Maqomayevin mahnıları da ifa olunub. Serov görkəmli Azərbaycanlı bəstəkarın “Ay serenadası” nı ifa edib.

Aleksandr Serov ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançı kimi tanınıb.

Bu çoşğun səmimi qarşıklanmaya görə Aleksandr Serov məşhur mahnının sözləri ilə təşəkkür edib. 

40 ildən artıq yaradıcılığı ərzində Aleksandr Serovun müxtəlif albomları işıq üzü görüb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoydur. ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə qastrollarda olub. Aleksandr Serovun anşlaqla keçən hər bir konsertində publika onun ifasını zövqlə dinləyir.


Create Account



Log In Your Account