Jul 23 2019 15:45
Views: 207

“Bütün xatirələrim, bütün uşaqlığım, oxuduğum bu səs o torpaqda verilib mənə. Allah o torpaqda verib səsi mənə. Mən o səsə görə o torpağa borcluyam. Həmişə deyirəm ki, Yevlax körpüsünü o tərəfə keçəndə mənim səsim açılır. Bəlkə də psixoloji bir məqamdır. Həqiqətən elədir. Yorğun olsam da, xəstə olsam da çox rahat gedirəm. Bilirəm ki, orda olsam oxuyacağam”.

Bu səs 26 ildir Ağdamın havasından, suyundan məhrum olub. 26 ildir xalq artisti Mənsum İbrahimov kimi hər bir ağdamlı doğma torpaqlarına qayııdacağı tarixi günü gözləyir. Ağdamın işğalı Qarabağ münaqişəsinin tarixində  Azərbaycanın məruz qaldığı ən böyük hərbi-siyasi və psixoloji zərbələrdən biri oldu. Politoloq Elçin Mirzəbəylinin fikrincə, Ağdamın işğalı yeni məğlubiyyətlər üçün psixoloji zəmin yaratdı.

Ümumi ərazisi 1154 kv. km olan 138 yaşayış məntəqəsindən ibarət Ağdam rayonunun əksər hissəsi zəbt edilib və əhalisi etnik təmizləməyə məruz qalıb. Rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Elçin Mirzəbəyli deyir ki, 26 il öncə regionda hərbi-siyasi vəziyyət tamamilə fərqli idi. Lakin indi qüvvələr balansı böyük miqyasda Azərbaycanın xeyrinə dəyişib.

Hazırda 200 min nəfər rayon sakinindən 153 min nəfəri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.  Onlarin təqribən 90 mini rayonun işğal edilməmiş kiçik bir hissəsində məskunlaşıb.

Xalq artisti Mənsum İbrahimovun fikrincə, bu fakt Ağdamın tezliklə işğaldan azad edilcəyinə ağdamlıların və bütün Azərbaycan xalqının inandığını göstərir.


Create Account



Log In Your Account