Jan 31 2019 18:24
Views: 270

Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün münbit şərait və potensial var. Bu haqda Azərbaycan-Almaniya iqtisadi əməkdaşlıq üzrə yüksək səviyyəli işçi qrupun 8-ci iclasında bildirilib. İclasda Azərbaycan və Almaniyadakı iqtisadi vəziyyət, ölkələr arasında müxtəlif sahələrdə ticarət və əməkdaşlığın mövcud durumu, gələcək üçün perspektivlər və planlar müzakirə olunub. İqtiadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 2018-ci ildə bizim ticarət dövriyyəmiz 61 faiz artaraq 1 milyard 440 mln dollara çatıb.

“Həm ixrac, həm idxalda hər iki ölkə üçün pozitiv dinamika müşahidə olunub. Eyni zamanda, investisiyalar sahəsində əməkdaşlığımız kifayət qədər genişdir. Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatına 570 mln dollardan çox investisiya yatırıblar. Bu investisiyaların əksəriyyəti məhz qeyri-neft sektoruna yatırılıb”.

İndi Azərbaycanda 154 alman investisiya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər dövlət podrat layihələrində də aktiv iştirak edirlər. Azərbaycan isə yerli qida məhsullarının - ilk növbədə fındıq, nar, meyvə şirələri, üzüm və nar şərablarının Almaniyaya ixracı istiqamətində konkret addımlar atılır.  O cümlədən, kimya məhsullarının ixracı sahəsində də potensial var. Almaniya tərəfi də fərqli sahələrdə əməkdaşlıq üçün perspektivlərin olduğunu hesab edir.

İclasda tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün növbəti addımlar müəyyənləşib. Əsasən energetika, kənd təsərrüfatı, sənaye, İKT, nəqliyyat və humanitar sahədə mövcud potensialın tətbiqi üçün təkliflər səsləndirilib.  


Create Account



Log In Your Account