Jul 19 2019 18:56
Views: 201

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb. Bu barədə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunan mətbuat konfransında məlumat verib.  Onun sözlərinə görə, artıq ansambl fəaliyyətə başlayıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib. Almaniyada ilk olan Azərbaycan kamera orkestrinin repertuarı Vivaldidən tutmuş Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur. Otto Hauzer skripkaçı və konsertmeyster, məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub.


Create Account



Log In Your Account