May 01 2019 16:34
Views: 287

“Alimlərə güzəştli ipoteka kreditlərinin verilməsi üçün PA və Nazirlər Kabinetinə müraciət etmişik”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin illik ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirdi.  İndiyədək ev növbəsində dayanan 100-dən artıq alim ailəsinin 80-nin evlə təmin olunduğunu deyən akademik məsələ ilə bağlı yığıncaqda iştirak edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və Baş Nazirin müavini Əli Əhmədova müraciət edib.

Qeyd olundu ki, 2018-ci ildə Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Elmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulandı.  Bildirildi ki, elm gününün təsis edilməsi dövlət başçısının Azərbaycan elminə böyük diqqət və qayğısının göstəricisidir. İnnovativ fəaliyyət sahəsində görülən işlər haqqında danışan AMEA prezident qeyd etdi ki, AMEA Yüksək Texnologiyalar Parkında innovasiya məhsullarının və strateji əhəmiyyətli məhsulların hazırlanması, elmi tədqiqatların nəticələrinin sənaye, xidmət sahələrində tətbiqi akademiyanın bəzi xərclərinin büdcədən kənar vəsaitlə təmin olunması ilə nəticələnib.

Elmlə təhsilin vəhdətindən danışan AMEA rəhbəri bildirdi ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər həyata keçirilib. AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub. Alimlərimiz 700-ə yaxın ezamiyyətlər iştirak ediblər, bir sıra beynəlxalq təşkilatların müsabiqələrində iştirak edərək 220 qrant qazanıblar. Qeyd olundu ki, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Akademiyanın Strateji Elmi Tədqiqatlar Mərkəzinin ölkənin müdafiə qüdrətinin daha da artırılması ilə bağlı fəaliyyəti gücləndirilməlidir. Tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlətinin əks etdirən sərgi ilə tanış olublar. Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və yeni məhsulları nümayiş etdirilib.


Create Account



Log In Your Account