Jun 13 2019 19:30
Views: 389

“26 il əvvəl Azərbaycanın tarixinə heydər Əliyevin imzası ilə möhtəşəm bir gün yazılıb. Bu qurtuluş günüdür”  - Bunu milli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişini şərtləndirən prosesləri CBC-yə şərh edən Yeni Azərbaycan qəzetinin keçmiş Baş redaktoru, sabiq Millət Vəkili Alqış Musayev deyib. Onun sözlərinə görə Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən qurtardı.  

Alqış Musayev bildirib ki, dövlət qurculuğu prosesini uğurla həyata keçirmək üçün iqtisadi baza formalaşdırılmalı idi. Milli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla bu tarixi vəzifəni da uğurla həyata keçirdi. Sabiq deputat hesab edir ki, milli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ötən əsrin əvvəllərində yarımçıq qalmış tarixi bir missiyanın tamamlanması ilə nəticələndi.

Alqiş Musayevin fikrincə, milli lider Hedər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi dövrün əsasını qoyub. Bu Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Hər bir azərbaycanlı bu mühüm hadisənin tarixin-siyasi məzmununu, əhəmiyyətini dərindən bilməlidir.


Create Account



Log In Your Account