Mar 02 2019 15:58
Views: 413

Azərbaycan-Belarus münasibətləri müsəlman və xristian dövlətləri arasındakı əlaqələrin nümunəsidir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ictimaiyyət nümayəndələri, ekspertlər, Belarus və xarici KİV nümayəndələri ilə görüşü zamanı “Trend” İmformasiya Agentliyinin sualına cavabında deyib. A.Lukaşenko qeyd edib ki, iki ölkə arasında heç bir problem yoxdur.

Lukaşenko Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə xoş, dostluq münasibətlərindən danışıb: "Mən hələ gənc prezident idim, o isə artıq təcrübəli, böyük şəxsiyyət idi. Mən mühazirələr oxuyanda, Heydər Əliyevi nümunə gətirirdim. O, Sovet İttifaqının ən vicdanlı rəhbərlərindən biri idi. Və bizim onunla dostluq münasibətlərimiz yarandı". Deyə belarus prezidenti bildirb. Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə münasibətlərindən d danışıb:

İqtisadiyyata gəldikdə isə, A.Lukaşenko təəssüflə qeyd edib ki, müvafiq logistika olmadığına görə Belarus Azərbaycandan neft ala bilmir. "Amma Azərbaycanın ticarət üçün başqa məhsulları var. Azərbaycan çox zəngin ölkədir". Lukaşenko belə deyib.

Prezident vurğulayıb ki, Belarus Azərbaycanda birgə istehsalat yaradır, ölkəyə neft-kimya, neft emalı sahələrində kömək edir. İki ölkə Ermənistanın tənqidlərinə baxmayaraq, hərbi-sənaye kompleksində əməkdaşlıq edir:


Create Account



Log In Your Account