Jul 18 2019 14:37
Views: 218

Şamaxı rayonunda Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının aşkar etdiyi məscidin divarları, günbəzinin və mehrabının hissələri bu günə qədər salamat qalıb. Tikilinin əksər hissəsi torpaq altında qaldığından onun konturları dəqiq bəlli deyil. Abidənin təxminən 100 kvadrat metri əhatə etdiyi güman edilir. Bu barədə CBC-yə müsahibəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Akif Quliyev bildirib.

Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıbmış. Arxeoloji ekspedisiya zamanı bu ərazidə üzərində bədii ərəb xətt növlərilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər olan klassik və son orta əsrlərin müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də qeyd edilib.

Abidənin yaşı və buradakı məzarın kimə aid olması bilinmir. Yalnız geniş arxeoloji tədqiqatlardan sonra məscid kompleksinin dövrü təyin ediləcək və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətiriləcək.


Create Account



Log In Your Account