May 21 2019 18:13
Views: 238

Azərbaycan Milli Elmlər Akademiyasında Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə AMEA ilə REA arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. İki ölkə arasında elmi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Tədbirdə AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması kimi məsələlər öz əksini tapıb. Akademik Aleksandr Sergeyev qeyd edib ki,  mineral resurslarla zəngin Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması hər iki ölkə üçün önəmlidir. Akif Əlizadə isə bildirib ki, Xəzərin öyrənilməsi, Qafqazın tədqiqi, insanların Qafqazda məskunlaşması, dənizaltı, sahil-arxeoloji tədqiqatların aparılması iki ölkənin alimləri üçün vacib istiqamətlərdir.


Create Account



Log In Your Account