May 02 2019 16:47
Views: 251

ABŞ-ın Azərbaycandakı səfirliyi ilk dəfə olaraq Bakıda “İnsan ruhunun qüdrəti” adlı  Amerika Film Festivalı keçirir. Festival çərçivəsində bütün filmlər mayın 1-dən 5-dək Alov Qüllərindəki “Park Cinema” kinoteatrlarında olunacaq. 5 gün ərzində Birləşmiş Ştatlarda  müxtəlif mükafatlar qazanan “Aydakı Adam”, “Yaraşıqlı oğlan”, “Yaşıl kitab”, “Sevgi ilə Saymon” və “Bir ulduz doğulur” filmləri nümayiş olunacaq.

Filmlər ingilis dilində rus dilində altyazısı olmaqla təqdim ediləcək. Filmsevərlər biletləri online və ya kassalardan cəmi 2 manata əldə edə bilərlər.


Create Account



Log In Your Account