Jun 22 2019 17:31
Views: 311

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşməsi Amerika Birləşmiş Ştatlarının münaqişənin sülh yolu ilə həllinə maraq göstərdiyindən xəbər verir. Bunu CBC-yə müsahibəsində Birləşmiş Ştatların Heriteyc fondunun  Allison xarici siyasət araşdırmaları mərkəzinin rəhbəri Lyük Kofi deyib. Onun sözlərinə görə, bu görüş münaqişənin həllinə doğru atılacaq növbəti addımlarla bağlı ümid yaradır. Amma amerikalı ekspert yaxın vaxtlarda bölgədə hadisələrin gedişatında kəskin dəyişiklik gözləmir. 
Amerikalı araşdırmaçı hesab edir ki, bölgədə münaqişənin qalması torpaqları işğal altında olan Azərbaycanla yanaşı Ermənistanın özünə də ziyan gətirir. Çünki rəsmi Yerevan heç bir iqtisadi təşəbbüsə qoşula bilmir. Ermənistan əhalisi bu münaqişənin acı nəticələrini öz həyat şəraitində hiss edirlər. İllər keçdikcə iki ölkə arasında inkişaf fərqi daha da dərinləşir.
Lyük Kofi bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması Ermənistanı daha çətin vəziyyətə sala bilər. Münaqişənin sülh yolu ilə həlli üçün isə Ermənistan reallığı qəbul etməli və işğala son qoymalıdır. Bunun üçün rəsmi Yerevanın müstəqil siyasət yürüdərək siyasi iradə nümayiş etdirməsi vacibdir.


Create Account



Log In Your Account