Jun 21 2019 20:07
Views: 185

“Gənclərin basketbol bacarıqlarının inkişaf etdirilməsi, gənc iştirakçılarda liderliyin vacibliyi”. Bu gündən Bədən Tərbiyəsi və İdman Akademiyasında ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə start götürən 3 günlük Gənclərin Həmrəylik Basketbol Turniri məhz bu deviz altında keçirilir.  Əsas məqsədlərdən biri Azərbaycan idman cəmiyyətinə Amerika basketbol ənənələrinin inqteqrasiyası, cəmiyyətin üzləşdiyi müxtəlif məsələlərin həllində idmanın səmərəli bir vasitə olduğunu nümayiş etdirməkdir.
Bakıya gələn amerikalı idman elçiləri Azərbaycanda basketbol sahəsində məşqçilik və idman təcrübələrini paylaşıblar. 
Turnirdə ümumilikdə 12 komanda iştirak edib.  Azərbaycanın gənc basketbolçularının böyük potensialının olduğu və bu tədbirlərin onların qarşısında yeni imkanlar açdığı bildirilib.


Create Account



Log In Your Account