Feb 08 2020 19:45
Views: 233

Avropa təsisatları həm Türkiyəyə, həm də Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Bunu CBC-yə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbacan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib. Bildirib ki, son olaraq Avropa Şurasının Azərbaycana qarşı qəbul etdiyi qərarlar bunu bir daha sübut edir. Bu ikili yanaşmanın isə özünəməxsus səbəbləri var. Şamil Ayrım bildirir ki, Avropa təsisatlarının bu cür yanaşması Azərbaycan, eləcə də Türkiyənin müstəqil siyasət yürütməsi, öz taleyi ilə bağlı qərarları özünün verməsidir. Bir çox hallarda bu böyük güclərin maraqlarına uyğun gəlmir. Bu zaman isə ölkənin daxilindəki proseslərdən istifadə olunur. Türkiyəli millət vəkili hesab edir ki, Azərbaycan və Türkiyə mütəmadi olaraq üzləşdikləri bu kimi qərəzli yanaşmalarla birgə mübarizə apara bilər. İki ölkə arasında olan tərəfdaşlıq münasibətləri ilə yanaşı rəsmi Bakı və Ankara Türk dünyasında əməkdaşlığın genişlənməsində də aparıcı qüvvə kimi çıxış edir. Bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının timsalında reallaşır. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri fevralın 6-da Bakıda növbədənkənar toplantı keçirib. İclasda Şura üzvləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi müzakirə olunub.


Create Account



Log In Your Account