Sep 12 2019 14:49
Views: 217

Ermənistanın “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkətinin istismar etməsi ilə bağlı əldə edilən razılaşma hakimiyyət üçün ciddi problemlərə səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, ölkə daxilində narazılıq yaradan əsas amil  mədənin istismaının yaratdığı ekoloji problemlər və şirin su mənbələrinin yoxolma ehtimalıdır. Qızıl yatağının istismarı ilə bağlı işlərin yenidən başlayacağı təqdirdə Paşinyan hökumətinə qarşı ölkə daxilində ciddi etirazlar baş qaldıra bilər. Fərqli qərarın qəbul olunduğu halda isə Paşinyan iqtisadiyyatda sıçrayışlı inkişafın olacağı vədini yerinə yetirə bilməyəcək.
Ekoloqlar layihənin nəinki Ermənistanın, hətta bütün Cənubi Qafqazın ekologiyası üçün fəlakət yaradacağını bildirirlər. Yerevanda bununla bağlı bir neçə etiraz aksiyası da keçirilib. Ekspertlərin fikrincə, Paşinyan hpkumətinin istənilən qərarı ciddi siyasi və iqtisadi probemlərə  gətirib çıxara bilər.
Məsələnin mürəkkəbliyi həm də ondadır ki,  “Amulsar”  ətrafında baş verənlər Ermənistana Qərb investisiyasının cəlb edilməsi və Rusiya sərmayəsinin sıxışdırılması kimi qiymətləndirilir. Politoloqlar hesab edir ki, problemin xaricdə də ciddi müzakirə mövzusuna çevrilməsi Ermənistanın qərbdəki tərəfdarlarının Paşinyana təzyiqi üçün əsas yaratmış olacaq. Əks halda isə Rusiya ilə onsuz da yaxşı olmayan münasibətlər daha bir zərbə alacaq.
“Amulsar” - Ermənistanın təmiz qızıl ehtiyatına görə ikinci yatağıdır. Yataqda 31 milyon ton qızıl filizi və 40 min ton təmiz qızıl aşkarlanıb. Ekoloqların fikrincə, Arpa və Vorotan çayları arasında, Cermux kurort şəhərinin 13 kilometrliyində yerləşən yatağın istismarı yaxınlıqda olan yeraltı sulara təhlıükə yaradır.  Bundan başqa əsas su mənbəyi olan Sevan gölü təhlükəli maddələrlə çirklənə və bu, həlli mümkün olmayan ekoloji fəlakət yarada bilər.


Create Account



Log In Your Account