Mar 06 2019 16:18
Views: 257

ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycana qarşı qərəzli mövqeyi təəccüb doğurmur. Politoloqlar Azərbaycan hökumətinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabatında ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə ünvanlanan tənqidi belə şərh edir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, yalnız Kaspşik deyil, ATƏT-in Misnk qrupunun həmsədrlərinin fəaliyyəti də Azərbaycan hökumətini qane edə bilməz.

Xatırladaq ki, Azərbaycan hökumətinin 2018-ci ilin yekunlarına dair hesabatında Minsk qrupu həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinə dair məlumatlar əks olunub. Hesabatda bildirilir ki, 2018-ci il ərzində ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin hazırladığı məruzələrdə qərəzli məqamlar aşkar olunub.  Belə ki, həmin məruzələrdə əks olunan məlumatlar davamlı olaraq münaqişənin tarixini, danışıqlar prosesinin məqsəd və mahiyyətini təhrif edir.

Həmçinin, Ermənistanın işğal edilmiş ərazilərimizdə yaratdığı qanunsuz rejimin təbliğinə, bu rejimi “tərəf” kimi təqdim etməsinə xidmət edən “Dağlıq Qarabağ tərəfi”, “Dağlıq Qarabağ prezidenti”, “Dağlıq Qarabağın xarici işlər naziri”  və digər bu kimi ifadələrdən istifadə olunur. Həmin məruzələrin ilkin versiyalarına Azərbaycanın təqdim etdiyi rəylərdə bu qərəzli məqamların aradan götürülməsi məsələsi şifahi və yazılı şəkildə qarşı tərəfə bildirilməsinə baxmayaraq, demək olar ki, tələblər yerinə yetirilməyib.


Create Account



Log In Your Account