Jul 09 2020 17:57
Views: 446

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları beynəlxalq inspektor statusu alacaq. Bu, AMADA ilə Beynəlxalq Test Agentliyinin əməkdaşlığı çərçivəsində baş tutacaq. Agentlik dünyada antidopinq nəzarətinin keyfiyyətinin artırılması məqsədi ilə də bir sıra milli və regonal dopinq agentlikləri ilə birlikdə layihə hazırlayıb. Artıq iyulun 7-dən Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün Təlim-Sertifikat proqramına start verilib.

Proqramın məqsədi dünyada antidopinq sahəsində testlərin keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir.

Proqram antidopinq üzrə beynəlxalq mütəxəsislərin rəyləri və standartlar nəzərə alınmaqla hazırlanıb.  Koronavirus pandemiyasını nəzərə alaraq təlimlər bu yay onlayn keçirəcək.  Qeyd edək ki, proqrama AMADA ilə yanaşı Avstraliya, Belarus, Böyük Britaniya, Çin, Kanada, Norveç və Mərkəzi Amerikanın milli və regional antidopinq agentlikləri cəlb olunub.


Create Account



Log In Your Account